Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə xüsusi dərs keçirilib.

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə xüsusi dərs keçirilib.
"7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində dahi şairimiz Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə məktəbin dil-ədəbiyyat müəllimi Əlicanova Gülnarə VIII "a" sinfində şairin həyat və yaradıcılığından bəhs edən xüsusi dərs təşkil edib. Dərsdə şairin zəngin ədəbi irsi haqqında geniş məlumat verilib, onun həyat və yaradıcılıq yolundan bəhs olunan videomateriallar nümayiş olunub.