1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!

     30 may 2025-ci il tarixində məktəbimizdə 1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib. Yığıncaqda məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər. 
     Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə ətraflı məlumat verilib, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün həyata keçirilən tədbirlərdən danışılıb.
     Direktorun tərbiyə işləri üzrə təşkilatçı müavini Səbirə Həsənova çıxış edərək, şagirdləri bayram münasibətilə təbrik edib, onlara xoş gələcək arzulayıb.
     Daha sonra tədbir  balaca fidanların ifasında müxtəlif rəqslərlə davam etdirilib. Ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi