Müəllimələrimiz qalibiyyət qazanıb

23 may 2025-ci il tarixində Nizami rayonu, 242 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və 242 nömrəli tam orta məktəbin dəstəyi ilə Nizami rayon müəllimləri arasında "28 May-Müstəqillik Günü" münasibəti ilə şahmat  üzrə rayon turniri keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev, EduLAB Chess School şahmat məktəbinin rəhbəri Rəhimə Məcidova və turnirin baş hakimi Asəf Mehdiyev çıxış edərək, turnir iştirakçılarını təbrik edib, reqlament barədə ətraflı məlumat verdilər. Turnirdə rayonun 11 təhsil müəssisəsini təmsil edən 17 nəfər (8 kişi və 9 qadın) nəfər iştirak etmişdir. Turnirin yekununda qaliblər və mükafatçılar bu qayda ilə müəyyən olunmuşdur. 
Kişilər: 
l yer: Elçin Əliyev (242 nömrəli tam orta məktəb); 
II yer: Elxan Şükürov (10 nömrəli tam orta məktəb); 
lll yer: Fuad Əmiraslanov (129 nömrəli tam orta məktəb).
Qadınlar:
I yer: Firəngiz Əliyeva (32 nömrəli tam orta məktəb); 
ll yer: Nərgiz Məmmədova (229 nömrəli tam orta məktəb); 
Ill yer: Zərifə Krimova (10 nömrəli tam orta məktəb). 
Turnir başa çatdıqdan sonra Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən qalib və mükafatçılara kubok, medal və diplomlar, məktəbin direktoru Sevinc Bayramova tərəfindən isə hədiyyələr təqdim olunmuşdur. Həmçinin, EduLAB Chess School şahmat məktəbinin rəhbəri Rəhimə Məcidova, turnirin baş hakimi Asəf Mehdiyev və baş katibi Pərvanə Əliyeva İdarənin təşəkkürnamələri ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi