Müəllimimiz qalibiyyət qazanıb

22 may 2025-ci il tarixində Nizami rayonu, 242 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və 242 nömrəli tam orta məktəbin dəstəyi ilə Nizami rayon müəllimləri arasında "Konstitusiya və Suverenlik İli" münasibəti ilə dama üzrə rayon turniri keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. 242 nömrəli tam orta məktəbin direktoru Sevinc Bayramova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev və turnirin baş hakimi Asəf Mehdiyev çıxış edərək, turnir iştirakçılarını təbrik edib, reqlament barədə ətraflı məlumat vermişlər. Turnirdə rayonun 12 təhsil müəssisəsini təmsil edən 18 nəfər(12 kişi və 6 qadın) iştirak etmişdir. 
Turnirin yekununda qaliblər və mükafatçılar bu qayda ilə müəyyən olunmuşdur. 
Kişilər: 
l yer: Mübariz Məmmədov-220 nömrəli məktəb-lisey; 
II yer: Vaqif Şirinov-227 nömrəli tam orta məktəb; 
lll yer: Rauf Mürşüdov-62 nömrəli məktəb-lisey.
Qadınlar:
I yer: Elduzə Əliyeva-129 nömrəli tam orta məktəb; 
ll yer: Rəna Hacıyeva-10 nömrəli tam orta məktəb; 
Ill yer: Telli Kərimova-62 nömrəli məktəb-lisey. 
Turnir başa çatdıqdan sonra Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən  qalib və mükafatçılara kubok, medal və diplomlar təqdim olunmuşdur. Həmçinin 242 nömrəli tam orta məktəbin direktoru Sevinc Bayramova, turnirin baş hakimi Asəf Mehdiyev və baş katibi Pərvanə Əliyeva İdarənin təşəkkürnamələri ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi