Maarifləndirici seminar keçirilib.

Maarifləndirici seminar keçirilib.
Məktəbin biologiya müəllimi Nərgiz Şıxəliyeva VIII "a" sinfində Reproduktiv sağlamlığa dair maarifləndirici görüş keçirib. Nərgiz müəllim təhsilalanlara erkən nikah və onun mənfi tərəfləri haqqında məlumat verib. O, erkən nikahların psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadlarından danışıb.
Tədbir sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı yeni nəslin maarifləndirilməsi məqsədilə təşkil edilib.