Oxu günü ilə bağlı tədbir keçirilib.

Oxu günü ilə bağlı tədbir keçirilib.
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar məktəbimizin kitabxanasında "Oxu günü" adlı tədbir keçirilib. Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları iştirak ediblər. Kitabxana müdiri Müşgünaz Orucova şagirdlərə "Oxu günü" haqqında məlumat verdikdən sonra mütaliənin gənc nəslin tərbiyəsində, mədəni inkişafında əhəmiyyətli rolundan bəhs edib.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə kitaba daha çox maraq artırmaq, onlarda mütaliə vərdişlərini və nitq mədəniyyətini formalaşdırmaqdır.