"Tariximizi tanıyaq, Vətənimizi qoruyaq!" adlı tədbir keçirilib.

"Tariximizi tanıyaq, Vətənimizi qoruyaq!" adlı tədbir keçirilib.
10 nömrəli tam orta məktəbdə gənc oxuculara milli vətənpərvərlik hissinin aşılanması mövzusunda "Tariximizi tanıyaq, Vətənimizi qoruyaq!" adlı tədbir keçirilib.
Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən rayondan başlanır.Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan mavi göllərdən başlanır.
Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı qəhrəman xalqdır.
Sonda şagirdlər vətənpərvərlik mövzusunda qələmə alınan kitablarla tanış olublar.