Novruz bayramına həsr olunmuş tədbir keçirilib. 

Novruz bayramına həsr olunmuş tədbir keçirilib. 

     Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği məqsədilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənovanın rəhbərliyi, riyaziyyat müəllimi Sevinc Ağayevanın təşkilatçılığı ilə "Yurdumuza yaz gəlir" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak ediblər. 
     Dövlət Himninin səsləndirilməsi ilə başlayan şənlikdə VIII "a" sinif şagirdlərinin təqdimatında bayram proqramı təqdim olunub.
     Novruz bayramının tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən səhnəciklər nümayiş olunub. Novruzun personajları Keçəllə Kosanın çıxışı isə tədbirə ayrı bir rəng qatıb. Şagirdlərin ifasında milli rəqslər, mahnılar  təqdim olunub. 
     Sonda bayram tonqalı qalanıb, hər kəs tonqalın ətrafında yallı gedərək 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi