Maarifləndirici seminar keçirilib.

Maarifləndirici seminar keçirilib.
14 mart 2025-ci il tarixində məktəblilərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə məktəbin psixoloqu Fəxrəndə Kərimli VIII siniflərdə "Narkomaniyaya yox deyirik!" mövzusunda maarifləndirici tədbir təşkil edib.
O, narkotik maddələrin insan orqanizmində yaratdığı fəsadlardan danışaraq, məktəblilərin zərərli vərdişlərdən qorunması, yad təsirlərdən uzaq olması, sağlam həyat tərzi keçirməsi istiqamətində tövsiyələr verib.
Şagirdlər mövzu ilə bağlı təşkil olunan müzakirədə fəal iştirak ediblər.