Maarifləndirici məşğələ keçirilib.

Maarifləndirici məşğələ keçirilib.
14 mart 2025-ci il tarixində sağlam həyat tərzi, reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədilə məktəbin biologiya müəllimi Nərgiz Şıxəliyeva IX sinif şagirdləri ilə “Yeniyetmələrin sirləri” mövzusunda məşğələ keçib. Məşğələdə şagirdlərə yetkinlik dövründə orqanizmdə baş verən dəyişikliklər və bu zaman psixoloji durumun tez-tez dəyişməsinin normal hal olduğu haqqında məlumat verib.
Məşğələnin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.