Xalq yazıçısı M. İbrahimbəyovun yubileyi qeyd olunub.

Xalq yazıçısı M. İbrahimbəyovun yubileyi qeyd olunub.
Məktəbin kitabxana müdiri Müşgünaz Orucovanın təşkilatçılığı ilə Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar seminar keçirilib. Seminarda VIII "a" sinif şagirdləri iştirak ediblər. Görüşdə Xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun həyat və yaradıcılığından bəhs edilib. Qeyd edilib ki, Maqsud İbrahimbəyov bədii yaradıcılığa 1960-cı illərdən bașlayıb. O, nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə tanınıb. Müxtəlif yerli və xarici jurnallarda romanları, povestləri və hekayələri dərc olunub. Onun nəsr əsərləri 26 xarici dilə tərcümə olunub. M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib. Onlardan "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Yarımçıq qalmış serenada", "Truskavetsə kim gedəcək?", "Gözəl bir gündə", "Sonuncu müsahibə", "Bayquş gəldi", "Qızıl reys", "Axırı yaxşı qurtaran əhvalat", "Bakı müharibə illərində" filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.
Sonda Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətləri olan yazıçının əsərlərindən ibarət kitab sərgisinə baxış keçirilib.