8 Mart Beynəlxalq Qadınlar günüdür.

8 Mart Beynəlxalq Qadınlar günüdür.

     8 Mart Beynəlxalq Qadınlar Günü qadınların hüquqları, bərabərliyi və cəmiyyətdəki rolunu vurğulayan  mühüm gündür. Bu bayram qadınların cəmiyyətin müxtəlif sahəsində - ailədə, iş həyatında, elmdə, siyasətdə və mədəniyyətdəki rolunu önə çıxarır. Azərbaycan qadınları savaş meydanında hər zaman şücaət göstəriblər. Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris kimi qəhrəmanlıq nümünəsı olan lider qadınlarımız buna bariz nümünədirlər. 
     8 Mart Beynəlxalq Qadınlar Günü ilk dəfə 1909-cu ildə ABŞ-da qeyd edilmişdir. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Sosialist Qadınlar konfransında Klara Setkinin təşəbbüsü ilə bu günün beynəlxalq miqyasda qeyd olunması təklif edilmişdir. 1911-ci ildən etibarən Almaniya, Avstriya, İsveçrə və Danimarka kimi ölkələrdə bu gün  qadın haqları və bərabərlik uğrunda yürüşlərlə qeyd olunmağa başladı.
SSRİ dövründə 8 Mart rəsmi bayram elan edildi və daha sonra dünyanın əksər ölkələrində qadınların həmrəyliyi günü kimi qəbul olundu. 
     1977-ci ildə BMT bu günü rəsmi olaraq Beynəlxalq Qadınlar Günü elan etdi. 
     Qadınlar tarix boyu ailənin, mədəniyyətin və elmin inkişafında mühüm rol oynamışlar. Onlar təkcə analar deyil, həm də alimlər, müəllimlər, siyasətçilər, həkimlər və liderlər olmuşlar. Dünyanın bir çox ölkəsində qadınlar hələ də bərabərlik uğrunda mübarizə aparırlar, lakin onların uğurları danılmazdır. 
Qadınlar ailənin və cəmiyyətin təməlidirlər. Uşaqların tərbiyəsində əsas rol oynayırlar. Siyasi və iqtisadi inkişafda mühüm yer tuturlar.
Mədəniyyət və incəsənətdə bənzərsiz iz buraxırlar.
     8 Mart bu gün dünyada müxtəlif formalarda qeyd olunur. 
     Hədiyyələr və çiçəklər: Qadınlara gül və müxtəlif hədiyyələr verilir. 
     Tədbirlər  və seminarlar: Qadınların hüquqları və cəmiyyətdəki rolu ilə bağlı müzakirələr aparılır. 
     Xeyriyyə və sosial layihələr: Qadınların rifahını artırmaq üçün sosial tədbirlər keçirilir. 
     Təbriklər və şeirlər: Qadınlara həsr olunmuş şeirlər və təbriklər paylaşılır. 
     Bu gün qadın hüquqları məsələləri hələ də aktualdır. Bir çox ölkədə qadınlar hələ də iş yerində diskriminasıya, məişət zorakılığına və digər problemlərə məruz qalırlar. 8 Mart təkcə bayram günü deyil, həm də qadın haqları və gender bərabərliyi məsələlərinin gündəmə gətirdiyi bir gündür. 
     Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar  Günü XX əsrin əvvəlindən etibarən qeyd olunmağa başlamışdır. Xüsusilə 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublukası elan edildikdən sonra bu gün rəsmi bayram kimi qeyd olunmağa başladı. Sovet dövründə 8 Mart təkcə qadınlara hədiyyələr verilən bir bayram deyil, həm də qadınların hüquqları, gender bərabərliyi və onların cəmiyyətdəki rolu ilə bağlı seminarlar və tədbirlərlə müşayət olunurdu. Azərbaycanda qadınların hüquqlarının müdafiəsi sahəsində atılan ən mühüm addımlardan biri 1918-ci ildə baş verdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verilən ilk müsəlman ölkəsi oldu. Bu, qadınların siyasi və ictimai həyata daha fəal inteqrasiyasına şərait yaratdı. 
     Müstəqillik dövründə 1991-ci ildən sonra da 8 Mart Azərbaycanda rəsmi bayram kimi saxlanıldı. Bu gün ölkədə qadınların rolu daha da artır, onlar siyasət, biznes, elm, mədəniyyət və digər sahədə mühüm vəzifələr tuturlar. Azərbaycan qadınları müasir dövrdə həm ailədə, həm də cəmiyyətdə güclü və təsirli mövqeyə malikdir. 
     Azərbaycanda qadınlar tarixən müxtəlif sahələrdə böyük uğurlar qazanıblar. Onlar siyasət elm, mədəniyyət, incəsənət, idman və digər sahələrdə mühüm rol oynayıblar. Aşağıda Azərbaycan tarixində öz qoymuş bəzi qadın liderləri haqqında məlumat göstərilib.
1.Sara Aşurbəyli (1906-2001) alim və tarixçi
Sara Aşurbəyli Azərbaycan tarixinin araşdırmasında mühüm rol oynayan tanınmış alimlərdən biridir. O Bakının tarixi, orta əsrlərdə Azərbaycan şəhərləri və Şirvanşahlar dövləti ilə bağli mühüm tədqiqatlar aparıb. Onun əsərləri bu gün də Azərbaycan tarixinin öyrənilməsində əvəzsiz mənbələrdən biri sayılır. 
2.Afət Qurbanova Azərbaycanın ilk qadın generalı olan Afət Qurbanova hüquq-mühafizə orqanlarında uğurlu fəaliyyət göstərmiş və qadınların hüquq sahəsindəki rolunu artırmaq üçün çalışmışdır. 
3.Lalə Şövkət Hacıyeva (1953) Siyasətçi və İçtimai xadim. Lalə Şövkət Hacıyeva Azərbaycan tarixində ilk qadın baş nazir müavini olmuşdur. O, həmçinin siyasi fəaliyyətində demokratik dəyərləri və insan hüquqlarını ön plana çəkmişdir. 
4.Mehriban Əliyeva (1964) Siyasətçı və birinci xanım. Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti olan Mehriban Əliyeva ölkədə mədəniyyətin, təhsilin və sosial rifahın inkişafına böyük töhfələr verir. O, humanitar layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq səviyyədə də tanınır. Mehriban Əliyevanın rəhbərlik etdiyi fond çox saylı xeyriyyə tədbirləri, təhsil və səhiyyə layihələri həyata keçirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi