“5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür!

“5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür!
Elm və Təhsil nazirinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4-10 mart 2025-ci il tarixlərində ümumi təhsil müəssisələrində "İdman həftəsi" layihəsi həyata keçirilir.
Layihənin əsas məqsədi şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılmasıdır.
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar məktəbimizdə də silsilə tədbirlər həyata keçirilir.
Məktəbin fiziki tərbiyə müəllimi Bəxtiyar Muradov İdman həftəsinin ilk günü şagirdlərlə səhər gimnastikası edib. Sonra idmanın əhəmiyyəti haqqında məlumat verib.