Xocalı faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Xocalı faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
25 fevral 2025-ci il tarixində məktəbin tarix müəllimi Pərvin Sultanova və dil-ədəbiyyat müəllimi Fəqanə Albəndzadə V sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa təşkil ediblər.
Əvvəlcə Xocalı qurbanlarının, eləcə də vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra hər iki müəllim XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından söz açıblar. Qeyd edilib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Həmçinin o da vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti nəticəsində bu faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülüb.
Daha sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.