Xocalı faciəsinə həsr olunmuş xüsusi dərs keçirilib.

Xocalı faciəsinə həsr olunmuş xüsusi dərs keçirilib. 

     25 fevral 2025-ci il tarixində məktəbin tarix müəllimi Fəridə Baxşəliyeva VIII "a" sinfində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş xüsusi dərs təşkil edib. 
     Dərsdə məktəbin tərbiyə işləri üzrə təşkilatçı müavini Səbirə Həsənova və sinif rəhbəri Sevinc Ağayeva da iştirak ediblər. 
     Fəridə müəllim çıxış edərək, 33 il öncə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi faciə barədə söz açıb. Bildirib ki, həmin gecə Xocalı şəhəri irimiqyaslı hücuma məruz qalıb və şəhəri tərk etməyə çalışan dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfərə ağlasığmaz işgəncələr verilərək qətlə yetirilib. O qeyd edib ki, Xocalı soyqırımına ilk siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 
     Şagirdlər Xocalı faciəsinə həsr olunmuş təqdimatlar edib, şeirlər söyləyib, tarixi məlumatlar çatdırıblar.
     Daha sonra çıxış edən Səbirə müəllim Xocalı faciəsindən bəhs edərək vurğulayıb ki, 2023-cü ilin sentyabrında keçirilən birgünlük hərbi əməliyyatlar zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Xocalı, o cümlədən Xankəndi və ətraf əraziləri nəzarəti altına aldı. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edir və heç zaman bu faciəni unutmayacaq.
     Sonda Xocalı soyqırımının vəhşiliklərindən bəhs edən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi