Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciəsi

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı törədilmiş bir soyqırımdır. 
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
     Azərbaycanda Xocalı soyqırımının işıqlandırılması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Onun qısamüddətli hərbi-jurnalistik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı " və "Xocalı faciəsi kimi", digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. 
     "Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" deyən Ulu Öndər H.Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Milli Məclis "Xocalı soyqırımı günü" haqqında qərar qəbul etdi. 
     Ulu Öndərin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində sükut dəqiqəsi elan edilmişdir. 
     H.Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları , gənclər təşkilatları, ali təhsil müəssisələrində Xocalı soyqırımına aid təqdimatlar təşkil edilir. Bu gün "Xocalıya ədalət" dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır.
     XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider H.Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
     2020-cil Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. "Dəmir yumruq" qalib gəldi. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ordumuz Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
     Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsinin önündə anım mərasimi keçirilir.
     Xocalı vəhşilikləri haqqında bir çox xarici jurnalistlər öz məqalələrində məlumat vermişdir və bu hadisələri işlqlandırmışlar. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazıb. O, çap etdirdiyi "Erməni terrorizminin canlı şahidi oldum" sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan edib.
"Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?" sualına cavab olaraq Serj Sarkisyan kinlə deyib: "Heç bir peşmançılığım yoxdur. Bu cür sarsıntılar minlərlə insanın həyatı bahasına başa gəlsə də, zəruridir!"
İngilis publisisti Xocalıda cinayəti kimin törətdiyinə şübhə qoymayan bütün bu etirafları sonradan "Qara bağ" kitabına daxil etdi.
     Xocalı faciəsindən illər keçsə də, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunmuşdur. Biz bu faciənin acı nəticələrini daim yadda saxlamalıyıq, gələcək nəsillər də erməni qəddarlığı barədə hər zaman məlumatlandırılmalıdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi