21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə xüsusi dərs keçirilib.

21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə xüsusi dərs keçirilib.

    2024-2025-ci tədris ilində məktəbin Fəaliyyət Planının  müvafiq bəndinə əsasən "Azərbaycan dili və ədəbiyyatı fənn aylığı" çərçivəsində məktəbin dil-ədəbiyyat müəllimi Gülnarə Allahverdiyeva 21 Fevral Beynəlxaq Ana Dili Günü ilə əlaqədar  VII "a" sinfində xüsusi dərs təşkil edib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. 
     Əvvəlcə Gülnarə müəllim mövzu ilə bağlı geniş məlumat verib, bu günün əhəmiyyətini vurğulayıb.
     Şagirdlər bu günün önəmi ilə bağlı tarixi faktları xatırlayıblar,  görkəmli şəxsiyyətlərdən sitatlar gətiriblər. Dilimizin qorunması uğrunda mübarizə aparan ziyalılarımız, yazıçı və şairlərimiz yada salınıb, onların əsərlərindən müəyyən parçalar səhnəcik şəklində təqdim olunub. Şagirdlərin ifasında dilimizin zənginliyini özündə əks etdirən şeirlər, mahnılar səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi