Ana dilimiz milli varlığımızdır!

Ana dilimiz milli varlığımızdır!
19 fevral 2025-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Əlicanovanın təşkilatçılığı ilə VIII "a" sinfində 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa təşkil olunub.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak ediblər.
Gülnarə müəllim ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açıb, milli dəyərlərimizlə yanaşı
ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, dil haqqında şerlər, hikmətli kəlamlar və mahnılar səsləndirilib. Dilimizin yaranma tarixi və inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Sonda çıxış edən müəllimlər bildiriblər ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.