21 Fevral Beynəlxalq Ana Dili Günüdür.

21 Fevral Beynəlxalq Ana Dili Günüdür.
19 fevral 2025-ci il tarixində Nizami rayon 10 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Əsgərovanın təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilim şirindir!" adlı şeir müsabiqəsi təşkil olunub. Müsabiqədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əmrahova Ceyran, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Əlicanova Gülnarə, Azərbaycan dili və ədəbiyyat müəllimləri Albəndzadə Fəqanə və Əsgərova Elnarə münsiflər qismində çıxış ediblər.
Müsabiqədə IV "a", V "a" və VI "c" sinif şagirdləri iştirak ediblər. Tədbirin əvvəlində Elnarə Əsgərova tədbirin məzmunu və ana dilimiz haqqında məruzə ilə çıxış edib.
Daha sonra şagirdlər şeir nümunələrini ifadəli, obrazlı təqdim etdikdən sonra müəllimlər öz dəyərli fikir və məsləhətlərini onlarla bölüşüblər. Burada şagirdlərin həm bədii qiraət , həm də aktyorluq qabiliyyətləri dəyərləndirilib. Sonda bütün şagirdlərə sertifikat , 1-ci, 2-ci , 3-cü yerlər üzrə hər şagirdə sertifikat və hədiyyələr təqdim olunub.