Pedaqoji Şuranın iclası keçirilib.

Pedaqoji Şuranın iclası keçirilib.

     13 fevral 2025-ci il tarixində I yarımilin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirilib. İclası giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova Pedaqoji Şuranın gündəliyində duran əsas məsələlər barədə danışıb. Daha sonra müavinlərin hesabatları dinlənilib. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edilib. I yarımil üzrə təlim nəticələri, keçirilən monitorinqlər, davamiyyət göstəriciləri, valideyn iclasları, sinif təşkilat saatları və məktəb üzrə keçirilən tədbir və layihələr haqqında hesabatlar təqdim edilib. Həmçinin şagird davranış qaydaları çərçivəsində görülən işlərdən danışılıb.
     Bununla yanaşı 2024-2025-ci dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərin qazandığı nailiyyətlər pedaqoji heyətin nəzərinə çatdırılıb.
      İclas yekun qərarların qəbul edilməsi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi