20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Tədbirlər Planına uyğun olaraq, 16 yanvar 2025-ci il tarixdə məktəbin tarix müəllimi Fəridə Baxşəliyeva və kitabxana müdiri Müşgünaz Orucovanın təşkilatçılığı və VI "a" sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fəridə müəllim ölkədə 20 Yanvar faciəsinin baş verdiyi dövrdə ictimai-siyasi vəziyyətin, Azərbaycan xalqının sovet imperiyasına qarşı azadlıq mübarizəsində keçdiyi şanlı yolun qısa şərhini verib. O, həmin faciə baş verdiyi zamanlarda Ulu Öndər Heydər Əliyevin həyatını təhlükəyə qoyaraq, öz xalqının yanında olduğunu, bu faciənin əsl miqyasını bütün dünyaya çatdırmaq üçün nəhəng işlər gördüyünü bildirib.
Daha sonra çıxış edən Müşgünaz xanım faciə haqqında öz fikirlərini bildirib.
Şagirdlər mövzu ilə bağlı maraqlı təqdimatlar nümayiş etdiriblər.