"Məktəblərdə Naxçıvan ayı" layihəsi həyata keçirilir. 

"Məktəblərdə Naxçıvan ayı" layihəsi həyata keçirilir. 

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 03.12.2024-cü il tarixli 59-D-327 nömrəli məktubda “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsi keçirilir. Bununla əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq, məktəbin tarix müəllimi Elnura Paşayeva V sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirib. O, Naxçıvan Muxtar Respublikasının yaradılması, tarixi, mədəniyyəti, incəsənəti haqqında şagirdlərə ətraflı məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi