STEAM İnnovasiya Mərkəzinə ekskursiya
STEAM İnnovasiya Mərkəzinə ekskursiya
STEAM İnnovasiya Mərkəzi ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin təzahürüdür.
Məktəbin STEAM fənnini tədris edən müəllimləri müxtəlif yaş kateqoriyasından olan şagirdləri STEAM İnnovasiya Mərkəzinə ekskursiyaya aparıblar. Ekskursiya zamanı şagirdlər konstruksiya, oyun, konfrans otaqları, robotların hazırlanması laboratoriyası, "3D holoqram" ilə tanış olublar. Onlar bələdçilər tərəfindən eksponatlar haqqında məlumatlandırılıb, müxtəlif komandalara bölünərək, oyunlar oynayaraq, yeni elmi məlumatlar əldə ediblər.