"Uşaq hüquqları aylığı" ilə əlaqədar silsilə tədbirlər keçirilir.
"Uşaq hüquqları aylığı" ilə əlaqədar silsilə tədbirlər keçirilir.
"Uşaq hüquqları aylığı"nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr - Ümumdünya Uşaq Hüquqları Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
Bu məqsədlə 05 noyabr 2024-cü il tarixində məktəbin psixoloqu Fəxrəndə Kərimli VIII "a" sinfində "Hüquqlarımızı qoruyaq!" mövzusunda maarifləndirici seminar təşkil edib.
Psixoloq "Uşaq hüquqları aylığın"ın hər il ölkəmizdə qeyd olunmasını şagirdlərin nəzərinə çatdırıb, uşaqların problemlərinin həllinin, onların hüquqlarının qorunmasının ölkəmizdə ən aktual məsələlərdən biri olduğunu qeyd edib. O, həmçinin ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunduğunu, onlar üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Daha sonra şagirdlər mövzu ilə bağlı videoçarx izləyiblər.