Məktəblərdə ekologiya ayı

"Məktəblərdə ekologiya ayı"

     "Məktəblərdə ekologiya ayı" layihəsi çərçivəsində məktəbin coğrafiya müəllimi Ülkər Ağayeva VII "a" sinfində bu mövzuda maarifləndirici dərs təşkil edib. Dərs prosesində ekoloji problemlər və onların həlli yollarının vacibliyi müzakirə olunub. Şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, qlobal istiləşmə, havanın çirkləndirilməsi kimi məsələlər izah edilib. COP 29-un məqsədləri, xüsusən də, iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb. Dərs ekoloji məlumatlılığı artırmaq və şagirdləri daha məsuliyyətli davranmağa təşviq etməyə yönəlib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi