"Məktəblərdə ekologiya ayı" layihəsi çərçivəsində tədbirlər davam etdirilir.
"Məktəblərdə ekologiya ayı" layihəsi çərçivəsində tədbirlər davam etdirilir.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Məktəblərdə ekologiya ayı" layihəsinin həyata keçirilməsi məqsədilə məktəbin ibtidai sinif müəllimi Afət Tanırverdiyeva rəhbəri olduğu II "b" sinfində "Təbiəti qoruyaq!" mövzusunda xüsusi dərs təşkil edib. Şagirdlərə ekoloji problemlər, tullantıların düzgün idarə olunması, təkrar emalın əhəmiyyəti və su ehtiyatlarının qorunması haqqında geniş məlumat verilib. Şagirdlər bu mövzuda rəsmlər çəkiblər, gül dibçəklərinə su töküblər.