Nümunəvi məşgələ keçirilib.
Nümunəvi məşgələ keçirilib.
Məktəbin biologiya müəllimi Gülarə Məmmədovanın təşkilatçılığı ilə VIII "b" sinfində "Mən və mənim əhatəm" mövzusunda nümunəvi məşğələ keçirilib. Şagirdlərə dostluğun əhəmiyyəti, dostluq və dostluğa verilən tələblər, yeniyetmə oğlanlar və qızlar arasında dostluq münasibətləri ilə bağlı suallar ünvanlanıb. Məşğələyə "Mən kiməm?” fəaliyyəti ilə başlanılıb.
Fəaliyyətin icrası zamanı hər bir şagird kağıza ad, soyadını yazıb, daha sonra kağızlar qarışdırılıb və hər kəs birini seçərək kağızda adı yazılmış şagird haqqında suallar əsasında qısa xasiyyətnamə yazıb. Məşğələ şagirdlər arasında böyük maraqla qarşılanıb.