Metodbirləşmə iclası keçirilib.
Metodbirləşmə iclası keçirilib.
Məktəbin Fəaliyyət planına uyğun olaraq, müəllimin innovativ təcrübəsinin müəyyənləşdirilməsi, həmkara dəstək, məktəbdə qabaqcıl təcrübənin bölüşdürülməsi - həmkardan öyrənmək və öyrətmək, innovativ layihələrin hazırlanması və layihələrdə iştirak, pedaqoji heyətin davamlı peşəkar inkişafının təmin edilməsi məqsədilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyran Əmrahovanın rəhbərliyi ilə İngilis dili, Rus dili və ədəbiyyatı, Riyaziyyat və İnformatika fənləri üzrə müəllimlərin metodbirləşmə iclası keçirilib.
Metodbirləşmə iclasında İllik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulub.
Direktor müavini müvafiq olaraq müəllimlərə öz tövsiyələrini verib.