18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür!

18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür!

     18 oktyabr 2024-cü il tarixində məktəbin tarix müəllimi Pərvin Sultanovanın təşkilatçılığı və IX "b" sinif şagirdlərinin iştirakı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Pərvin müəllim 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilməklə ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində, müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisənin baş verdiyini diqqətə çatdırıb. O bu mühüm hadisənin mahiyyətindən ətraflı söz açıb. Tədbirdə iştirak edən məktəbin kitabxana müdiri Müşgünaz Orucova çıxış edərək bildirib ki, ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Layiqincə davam etdirilən bu siyasət nəticəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirilir və proses bu gün də uğurla davam etdirilir. 
     Şagirdlər mövzu ətrafında geniş müzakirələr aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi