27 Sentyabr Anım Günüdür!

27 Sentyabr Anım Günüdür!

 

     27 sentyabr 2024-cü il tarixində məktəbin Uşaq Birliyi rəhbəri Ellada Xəlilovanın təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş tədbir keçirilib. 

     Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

     Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

     Məktəbin tarix müəllimi Elnura Paşayeva Anım Gününün tarixi əhəmiyyətindən söz açaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin adları və göstərdikləri qəhrəmanlıqlar yaddaşlardan silinməyəcək. O, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün təsis olunması və bu hadisənin verdiyi qürurdan danışıb.

     Sonda bədii hissədə şagirdlərin ifasında vətənpərvərlik ruhunda müxtəlif şeir və mahnılar səsləndirilib.

     Şəhidlərimizin abidə kompleksinin önünə tər qərənfillər düzülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi