Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
16 sentyabr 2024-cü il tarixində 2024-2025-ci tədris ilinin ilk günü - Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov, pedaqoji kollektiv, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Bayram tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan direktor Şəfayət Orucova tədbir iştirakçılarını salamlayıb, bütün təhsil ictimaiyyətinə uğurlar arzulayıb.
Daha sonra yığıncaqda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı yeni tədris ilinin başlanması - 15 sentyabr Bilik Günü münasibətilə məktəbin rəhbərliyini, şagird və müəllim kollektivini, həmçinin Vətən müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordenli mayor İlkin Rzayevin övladı Əli Rzayevin timsalında məktəbin birinci sinfində təhsilə başlayacaq şagirdləri və onların ailə üzvlərini təbrik edib, onlara yeni tədris ilində uğurlar diləyib.
BŞTİ rəsmisi, şəhidimiz İlkin Rzayevin anası Balaxanım xanım da öz çıxışlarında bütün balalara gözəl duyğularını ifadə ediblər, Vətənə layiq övlad olmalarını arzulayıblar.
Daha sonra tədbirin bədii hissəsi şagirdlərin ifasında rəngarəng çıxışlarla davam etdirilib. Yeni tədris ilinin başlanmasını bildirən rəmzi ilk zəng çalındıqdan sonra birincilər siniflərinə yola salınıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun müəllim Əli Rzayevin təhsil aldığı siniflə tanış olub, onunla səmimi söhbət edib, xatirə şəkli çəkdirib və təhsilində uğurlar arzulayıb.