2023-2024-cü tədris ilinin sonuncu Pedaqoji Şura iclası keçirilib.
2023-2024-cü tədris ilinin sonuncu Pedaqoji Şura iclası keçirilib.
27 iyun 2024-cü il tarixdə cari tədris ilinin yekun Pedaqoji Şura iclası keçirilib. İclasda bir çox məsələlər - şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX-XI siniflərin buraxılış imtahanlarının, IV,VI sinif şagirdlərinin monitorinq nəticələri pedaqoji kollektivlə müzakirə edilib.
Direktor və direktor müavinləri məktəbdə psixoloji işlərin və tərbiyə işlərinin təşkili, şagirdlərin uğurları, digər cari məsələlər haqqında danışıblar.
Məktəbin direktoru Şəfayət Orucova 65 yaşı tamam olan və təqaüdə göndərilən, eləcə də gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə bəzi müəllimlərə Fəxri Fərman təqdim edib. Direktor, eyni zamanda növbəti tədris ili ilə bağlı müəyyən tapşırıqlar verib, yay tətilində hər kəsə xoş istirahətlər arzu edib.