Məktəbimizdə Son zəng tədbiri keçirilib.
Məktəbimizdə Son zəng tədbiri keçirilib.
14 iyun 2024-cü il tarixdə məktəbimizdə Son zəng tədbiri keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın və BŞTİ-nin struktur rəhbərləri, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova qonaqları salamlayıb, bütün məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxışında məzunlara öz ürək sözlərini çatdırıb.
MÜTDA-nın direktoru Eşqi Bağırov Son zəng münasibətilə bütün təhsil ictimaiyyətini təbrik edərək, Azərbaycan təhsilinin inkişafından və uğurlarından bəhs edib.
Valideynlərin, 1-cilərin və 11-cilərin çıxışlarından sonra şagirdlərimizin ifası ilə bədii hissə başlanıb. Bir-birindən maraqlı və rəngarəng çıxışlar hər kəsin xüsusi marağına səbəb olub.
Tədbirin sonunda ənənəvi olaraq məzunlar üçün Son zəng çalınıb.