Etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə ilə bağlı görüş keçirilib.
Etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə ilə bağlı görüş keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il KQ - 07 nömrəli qərarı ilə "Təhsilverənlərin etik davranış qaydaları" təsdiq edilmiş, "Müəllimlərin etik davranış qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli qərarı ləğv edilmişdir.
5 iyun 2024-cü il tarixdə məktəb rəhbərliyi yeni qaydalarla tanış olmaq məqsədilə müəllimlərlə görüş keçirib. Məktəbin direktoru Şəfayət Orucova qaydaların əsas məqsədi haqqında müəllimləri məlumatlandırıb.
Görüşdə, həmçinin "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar müvafiq söhbət aparılıb, korrupsiyanın mahiyyəti, korrupsiyaya gətirib çıxaran amillər barədə danışılıb.