28 May - Müstəqillik Günü ilə bağlı sinif təşkilat saatı keçirilib. 

28 May - Müstəqillik Günü ilə bağlı sinif təşkilat saatı keçirilib. 

     27 may 2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Aysel Qasımova rəhbəri olduğu IV "d" sinfində təşkilat saatını Müstəqillik Gününə həsr edib. 
     Əvvəlcə şagirdlər Dövlət Himnini səsləndiriblər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
     Daha sonra Aysel müəllim Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verib. Mövzu ilə bağlı videomateriallar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi