28 May - Müstəqillik Günüdür. 

28 May - Müstəqillik Günüdür. 

     27 may 2024-cü il tarixdə 28 May - Müstəqillik Günü ilə əlaqədar 10 nömrəli tam orta məktəbdə "Müstəqilliyimiz əbədidir!" adlı dəyirmi masa keçirilib. Tədbirdə kitabxana müdiri Müşgünaz Orucova, məktəbin tarix müəllimi Elnura Paşayeva, Nizami Rayon Mərkəzi Kitabxanasının əməkdaşları və IX "a" sinif şagirdləri iştirak ediblər. 
     Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda
canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Kitabxananın əməkdaşları R.Mustafayeva, N.Hüseynova, Elnura müəllim çıxış edərək, bu günün yaranma tarixindən ətraflı məlumat
veriblər. Onlar qeyd ediblər ki, 1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal
Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini
dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik
ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində
Azərbaycanın ilk parlamenti, höküməti yaradılmış, dövlət
atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş,
dövlət quruculuğu sayəsində mühüm tədbirlər həyata
keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər
sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə
milli maraqların qorunması istiqamətində mühüm
addımlar atılmışdır. Cəmi 23 ay mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində
demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli
təsir göstərmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi