IV "a" sinfinin buraxılış tədbiri keçirilib.

IV "a" sinfinin buraxılış tədbiri keçirilib. 

 

     24 may 2024-cü il tarixdə məktəbin IV "a" sinfinin buraxılış tədbiri keçirilib. Sinif rəhbəri Pərinsə Qurbanovanın təşkilatçılığı ilə baş tutan bu tədbirdə qonaqlar - Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvü şairə Güllü Eldar Tomarlı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvü, Göygöl rayon 3 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 6 kitab müəllifi şairə Mələk İsmayıl, 129 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova, məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər iştirak ediblər. 

     Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbir istedadlı şagirdlərimizin ifasında müxtəlif rəngarəng çıxışlarla yadda qalıb. Dörd il ərzində öyrəndikləri mövzuları çıxışlarında əks etdirən şagirdlər bir-birindən maraqlı səhnəciklər nümayiş etdirib, mahnılar ifa edib, şeirlər söyləyiblər. 

     Sonda 10 nömrəli məktəbin direktoru Şəfayət Orucova, eləcə də digər çıxış edənlər Pərinsə müəllimə və şagirdlərə öz təşəkkürlərini bildiriblər, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi