PREZİDENTİN ŞUŞA SƏFƏRİNDƏN

Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın 10 may 2024-cü il tarixdə Şuşa şəhərinə səfəri baş tutmuşdur. Bu tarix prezidentin Şuşa sakinləri ilə görüşü zamanı dediyi kimi, "Şuşanın yeni tarixinin başlanğıcı" idi.
     Bildiyimiz kimi, 32 ildən sonra artıq Şuşada yeni həyat başlayır. Şuşalılar düşməndən azad olunmuş öz doğma yurdlarına, el-obalarına geri dönüş edirlər. Təbii ki, bu çox mühüm tarixi hadisədir. Digər mühüm əhəmiyyəti isə bu tarixi hadisənin Ulu Öndər Heydər Əliyevin 101 illiyi günü baş tutmasıdır.
Görüş zamanı prezident bir çox məqamlara toxundu. Təbii ki, ilk olaraq bu qələbəni bizə bəxş edən igid, qəhrəman oğullarımızı yad etmək xüsusi önəm kəsb edir. Prezidentin dediyi kimi "Bu gün qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub.  Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqlarımızı azad etdilər".
     Prezidentin də vurğuladığı kimi, bu gün bütün dünyada bizim qəhrəmanlarımızın göstərdiyi şücaət, cəsarətdən danışılır. Bu da bir xalq olaraq hər birimizin fəxrimizdir. Prezident sakinlərlə görüş zamanı Şuşada baş tutan quruculuq işləri, təmir edilən qədim memarlıq abidələri, sakinlər üçün tikilən yeni yaşayış kompleksləri, geniş infrastruktur layihələri haqqında sakinləri və mətbuatı məlumatlandırmışdı.
Prezident İlham Əliyev demişdir: "Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax bu gün biz dirçəldilən Şuşanı görürük. Şuşada quruculuq işləri ikinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlamışdır. İlk növbədə, Şuşaya yol çəkilməli idi, ona görə də Füzuli şəhərindən Şuşaya qısa müddətdə Zəfər yolu çəkildi".
     Prezidentin diqqətə çatdırdığı bir məqamı da qeyd etmək istərdim: "Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir. O silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Nəyi lazım biliriksə, onu da edəcəyik. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra da Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaq".
Prezident İlham Əliyevin bu mesajı diqqətə çatdırması ölkəmizə qarşı hər hansı təxribatlara can atmağa çalışanlara qəti və mühüm xəbərdarlıqdır. Çünki Azərbaycan haqlı mübarizəsində qələbə çaldı və bu gün hər bölgəmizdə bayrağımız dalğalanır və belə də davam edəcək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi