Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş sinifdaxili tədbir keçirilib. 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş sinifdaxili tədbir keçirilib. 

     10 may 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət fakültəsinin məktəbimizdə təcrübə keçən tələbələri müxtəlif siniflər üzrə şagirdlərin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə məktəb rəhbərliyi, metodistlər, tələbələr və şagirdlər iştirak ediblər. 
     Dövlət himni ilə başlayan tədbirdə şagirdlər ümummilli liderimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər. Dahi şəxsiyyətin şərəfli həyat yolundan bəhs edən videoçarxlar nümayiş olunub.
     Sonda məktəbin direktoru Şəfayət Orucova çıxış edərək bildirib ki, Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi