Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

     10 may 2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Əliyeva rəhbərlik etdiyi IV "ç" sinfində ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş sinif təşkilat saatı keçirib. 
     Şagirdlər əvvəlcə məktəbin foyesində ulu öndərin xatirəsinə həsr olunmuş guşəyə baş çəkiblər. Daha sonra görkəmli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videomateriallarla tanış olublar. 
     Şagirdlərində hər zaman ulu öndərə sevgi və məhəbbət aşılayan Zülfiyyə müəllim Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıb, bu gün də onun ideyalarının cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi