"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbirlər həyata keçirilir. 

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbirlər həyata keçirilir. 

     8 may 2024-cü il tarixdə məktəbimizdə "7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxsin təşkilatçılığı ilə "Ətraf mühiti qoruyaq" devizi altında "Birlikdə planetimizi yaşıllaşdıraq" adlı ekoloji layihə həyata keçirilib.
     Tədbirdə əvvəlcə "7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" PHŞ-in "Təsviri incəsənət" dərnək üzvlərinin çəkdiyi rəsmlərdən ibarət rəsm sərgisinə baxış keçirilib. Daha sonra isə "7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" PHŞ-in "Məktəb teatrı" dərnək üzvlərinin hazırladığı aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuş "Təmiz planet" kukla tamaşası nümayiş olunub, videoçarxlar və fləşmob təqdim olunub. Sonda isə mərkəzin eko dəstələri və məktəbin  IV "ç" və IV "d" sinif şagirdləri, müəllimlər tərəfindən həyətyani sahələrdə ekoloji təmizlik isləri aparilıb və güllərin əkilməsi təşkil olunub. Quşların mühafizəsi məqsədilə quş yuvaları düzəldilib, ağaclara yerləşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi