İlham Əliyevin Moskva səfərindən.
2024-cü il aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin “Baykal-Amur” magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.
Görüşdə müasir Rusiya – Azərbaycan münasibətləri, dostluq, qarşılıqlı anlaşma məsələləri, qarşılıqlı dəstək, regional təhlükəsizlik məsələləri, perspektiv əməkdaşlıq istiqamətləri də öz əksini tapmışdır. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələr arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində də əlaqələr daha da inkişaf edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb.
Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin demişdir:
“Yarım əsr əvvəl – elə bu günlərdə “Baykal-Amur” magistral xəttinin tikintisinə başlanıldı. BAM, həmçinin Sovet İttifaqının hər yerindən olan iki milyon gəncin nəhəng əməyinin və cəsarət təbəssümüdür. BAM-ın tikintisinə başlanılmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası Heydər Əlirza oğlu Əliyev BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində BAM-ın tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Rusiya – Azərbaycan əməkdaşlığının digər sahəsi bu gün BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğundur. Söhbət “Şimal – Cənub” nəqliyyat dəhlizinin inkişafından gedir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bildirmişdir: “Bu gün biz müttəfiqlik, qarşılıqlı fəaliyyət çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada – bu binada, Kremldə işlədiyi illərdə Sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac etmək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi.
Bu gün biz təkcə nəqliyyat layihəsi həyata keçirmirik, həm də “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq”.
Humanitar əlaqələr də Azərbaycan – Rusiya əməkdaşlığında mühüm yer tutur.
Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir!