Aprel döyüşləri Zəfərə gedən yolun başlanğıcıdır!

Aprel döyüşləri Zəfərə gedən yolun başlanğıcıdır!

     2 aprel 2024-cü il tarixdə məktəbin tarix müəllimi Pərvin Sultanova VIII "b" sinfində Aprel döyüşlərinə həsr olunmuş xüsusi dərs keçib.
     Əvvəlcə Aprel döyüşləri şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
     Daha sonra Pərvin müəllim mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Aprel döyüşləri Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Səkkiz il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan    Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.
     O, həmçinin vurğulayıb ki, bu gün hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi