31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Məktəbin tarix müəllimi Məmmədova Yazgülün təşkilatçılığı və VII "b" sinif şagirdlərinin iştirakı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə kitabxana müdiri Orucova Müşgünaz da iştirak edib.
Əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Yazgül müəllim bildirib ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə günahsız soydaşlarımız qətlə yetirilib. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhaliyə kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir.
Daha sonra şagirdlər mövzu barədə araşdırdıqları fikirləri bölüşüblər.