"İdman həftəsi" layihəsi keçirilir.

"İdman həftəsi" layihəsi keçirilir.

     1-7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Elm və Təhsil nazirinin müvafiq əmri ilə  məktəbdə "İdman həftəsi"nin keçirilməsinə start verilib. Qeyd edək ki, "İdman həftəsi"nin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
     Məktəbin fiziki tərbiyə fənn kafedrası bu məqsədlə bir çox tədbirlər həyata keçirir.
     Fiziki tərbiyə müəllimləri Rəna Hacıyeva və Teyyub Məmmədxanlının təşkil etdikləri səhər gimnastikası keçirilib.
     Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən fiziki tərbiyə müəllimi Bəxtiyar Muradovun rəhbərliyi ilə "Ən sürətli şagird" qaçış yarışı keçirilib. Qalib şagirdlər müəyyənləşdirilib. 

     #BədənTərbiyəsivəİdmanGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi