1 Mart - Mülki Müdafiə Günüdür.

1 Mart - Mülki Müdafiə Günüdür.

     1 mart 2024-cü il tarixdə məktəbdə Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib.
      Məktəbin hərbi hazırlıq rəhbəri Elxan Şükürovun təşkilatçılığı ilə keçirilən bu toplantıda məktəb rəhbərliyi, şagirdlər iştirak ediblər. 
     Elxan müəllim Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri, Mülki müdafiə sahəsində innovativ texnologiyaların tətbiqi barədə şagirdlərə geniş məlumat verib. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında söhbətlər aparılıb. 
     Yanğın təhlükəsizliyi qaydalarından, dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları haqqında ətraflı məlumat verilib. 
      Məktəbin tibb bacısı Gülşən xanım şagirdlərə əyani şəkildə ilk tibbi yardımın edilməsi zamanı qoyulan sarğıları nümayiş etdirib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi