Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

     26 fevral 2024-cü il tarixdə məktəbimizin nəzdində fəaliyyət göstərən "Məktəb teatrı" dərnəyinin rəhbəri, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Gülnarə Əliyevanın təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Xocalı - qan yaddaşımız" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdir.
     Tədbirdə şagirdlər, müəllimlər, məktəb rəhbərliyi iştirak edib.
     Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin,  Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
     Sonra Xocalı faciəsinin dəhşətlərindən bəhs edən videoçarxlar nümayiş olunub. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. Şeirlər səsləndirilib, səhnəciklər ifa olunub.
     Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova çıxış edərək, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş Xocalı faciəsinin tarixindən geniş bəhs edib, bu gün artıq azad Xocalıda şəhidlərimizin ruhunun şad olduğunu qeyd edib. O bildirib ki,  prezident İlham Əliyevin rəhbərliyi altında artıq Qarabağ bütöv Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi