20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. 

 

     19.01.2024- cü il tarixdə məktəbimizin nəzdində fəaliyyət göstərən “Məktəb teatrı” dərnəyinin rəhbəri, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Gülnarə Əliyevanın təşkilatçılığı və dərnək üzvləri olan şagirdlərimizin iştirakı ilə “20 Yanvar hadisələri azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir!” adlı tədbir keçirilib.

     Tədbirdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbər və müəllim heyəti, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. 

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

     Dərnək üzvləri 20 Yanvar şəhidlərinə həsr olunmuş ədəbi- bədii kompozisiya ilə çıxış ediblər, şəhidlərimizin həyatını özündə əks etdirən səhnəciklər nümayiş etdiriblər.

     Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova, tarix müəllimi Elnura Paşayeva və digər qonaqlar çıxış edərək, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 34 il ötdüyünü, həmin gün ermənilərin fitvası ilə törədilmiş bu cinayətin xalqımızın iradəsini qıra bilmədiyini vurğulayıblar. Qeyd ediblər ki, illər keçsə də, Azərbaycan xalqı sovet qoşunlarının törətdiyi bu cinayəti unutmayacaq, o müdhiş gecədə şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi