31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş xüsusi dərs keçirilib.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş xüsusi dərs keçirilib. 

     29 dekabr 2023-cü il tarixdə məktəbin tarix müəllimi Fəridə Baxşəliyeva VII "a" sinfində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş xüsusi dərs keçib. 
     Fəridə müəllim çıxış edərək, həmrəylik və birliyə can atan Azərbaycan xalqının mücadiləsindən, Naxçıvan əhalisinin Araz çayı boyunca çəkilmiş sərhəd dirəklərini dağıtması ilə ölkədə yaratdığı böyük rezonansdan söz açıb. Qeyd edib ki, bu tarixi hərəkata siyasi qiymət verən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması qərara alınıb.
     Fəridə müəllim, eyni zamanda həmrəyliyimizin əsasını təşkil edən Azərbaycançılıq ideyasının vacibliyindən bəhs edib. Bildirib ki, bu ideya milli birliyimizin əsası olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının bir yumruq altında birləşməsində əvəzsiz rola malikdir. O, həmçinin xalqın birliyinə hesablanmış uzaqgörən addımların artıq öz gözlənilən bəhrəsini verdiyini, Vətən müharibəsi zamanı millətin, ordunun bu mənəvi birlikdən güc aldığını vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi