“Zirvəyə ucalan ömür” adlı tədbir keçirilib.
“Zirvəyə ucalan ömür” adlı tədbir keçirilib.
22 dekabr 2023-cü il tarixdə məktəbimizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Zirvəyə ucalan ömür” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Zemfira Əsədova, məktəbin direktoru Şəfayət Orucova, digər məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə qonaqlar şagirdlərin əl işlərindən və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablardan ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Bir-birindən rəngarəng çıxışlar qonaqların xüsusi marağına səbəb olub.
Ulu öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolunu əks etdirən videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən məktəbin direktoru Şəfayət Orucova qonaqları salamlayıb, Heydər Əliyev dühasının hər zaman öyrənilməsinin vacibliyini qeyd edib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov çıxış edərək, ümummilli lider Heydər Əliyev kimi təhsilə, elmə bu qədər önəm verən bir şəxsin yaddaşlardan silinməməsi və xatirələrdə əbədi yaşaması üçün gələcəyimiz olan şagirdlərin bu barədə hər zaman məlumatlandırılmasında ən böyük missiyanın təhsil müəssisələrinin üzərinə düşdüyünü diqqətə çatdırıb. O bildirib ki, uzun müddətdir ki, ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər keçirilir. Həmçinin mütəmadi olaraq hər il ümumi təhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının qeyd edilməsi ilə bağlı “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunur.
Çıxış edənlər arasında 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Zemfira Əsədova tədbiri ərsəyə gətirənlərə minnətdarlığını bildirib, ulu öndərin irsinin öyrənilməsi istiqamətində keçirilən bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.
269 nömrəli məktəbin direktoru Aygün Əzizova isə öz çıxışında ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən söz açıb, onun təhsilə, elmə göstərdiyi qayğı və diqqətdən danışıb.
Sonda qonaqlarla xatirə şəkli çəkilib.